“Mahmud Quliyev rayonda normal idarəçiliyi həyata keçirə bilmir”
“Cəbrayılın icra başçısı Mahmud Quliyevə dekabrın sonunda mitinq keçirməyə şərait yaradılması ilə bağlı müraciət edilib”.
Bu haqda “Bizim Yol”a aksiyanın təşkilatçısı Bəhruz Məmmədov məlumat verib. «Fikrim belədir ki, aksiya “istefa” şüarı ilə keçirilsin. Biz icra başçısının istefasını tələb edəcəyik. Çünki rayonda normal idarəçiliyi həyata keçirə bilmir. Teleqramı dekabrın 13-də icra hakimiyyətinin ünvanına göndərmişik».
Bəhruz Məmmədov əlavə edib ki, icra başçısı ondan müvafiq instansiyalara şikayət edənlərə müxalifətçi damğası vuraraq özünə haqq qazandırmaq istəyir: “Artıq bu neçə müddətdir ki, davam edir. Biz müxalifətçi deyilik. Amma rayon rəhbərliyi bizi narazı salır. Əgər aksiya üçün müvafiq yer ayrılarsa, biz məcburi köçkünlər ora toplaşaraq tələbimizi səsləndirəcəyik. Həmçinin aksiyanın keçiriləcəyi əraziyə beynəlxalq qurumları, səfirlikləri dəvət edəcəyik. Hazırda biz icra orqanının bizə verəcəyi cavabı gözləyirik”.
- Arxiv Xəbəri -
İlginizi Çeker mi ? : O Zaman Şunu da Ekle : Satılık Toyota başlıklı konuda Satılık, Şunu ve Toyota hakkında bilgiler verilmektedir.
Bu Konu İçin Yapılan Aramalar :
mahmud quliyev (2), cəbrayillar icra başçısının (1)Etiketler : başçısının, brayıllar, istefasını


