Elmira bir çox həmkarları üçün örnək sayıla biləcək deputatlardandır

 

Elmira Axundova ?

Elmira Axundova 1953-cü il mayın 26-da Moskva vilayətinin Ramensk rayonunda anadan olub. Bakı xoreoqrafiya məktəbi yanında ümumtəhsil məktəbini bitirdikdən sonra şəhər 3 saylı texniki məktəbində stenoqrafiya ixtisasına yiyələnib. Sonra ADU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. İlk bədii tərcüməsini – Hüseyn İbrahimovun “Nəcibənin ürəyi” hekayəsini 1978-ci ildə, ilk elmi məqaləsini isə 1979-cu ildə “Literaturnıy Azerbaydjan” jurnalında çap etdirib. Əmək fəaliyyətinə stenoqrafçı kimi başlayıb, sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor olub. Azərbaycan Yazıçılar İttifaqında referent, məsləhətçi işləyib. Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində böyük elmi işçi olub. “Literaturnaya qazeta”nın (1990-1998), “Azadlıq” radiostansiyasının (Münhen) Azərbaycan üzrə müxbiri (1993-2000), “Türk dünyası” jurnalının publisistika şöbəsinin müdiri vəzifələrində çalışıb. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (informasiya məsələləri üzrə katib) seçilib. Azərbaycan Prezidenti yanında əfv komissiyasının üzvüdür.
Hazırda Bakı Slavyan Universitetinin tərcümə nəzəriyyəsi və təcrübəsi kafedrasının dosentidir. Onun tərtib və tərcümə etdiyi “Azərbaycanın gənc nəsri” antologiyası 1984-cü ildə “Yazıçı” nəşriyyatında kütləvi tirajla buraxılıb. Burada gənc Azərbaycan nasirlərinin seçmə hekayələri toplanıb. Son illər bədii publisistika janrında məhsuldar yaradıcılığı ilə seçilir: Rus dilində “Fərmanla əfv edilmişdir…” (2000), “Poliqrafçının ölümü” (2001), “Həqiqət anı” (2003), “Əlövsət Quliyev: o tarix yaradırdı” (2003, şərikli), “Bu bizik” (2003), “Yaşamaq əyyamı” (2003) kitabları kütləvi tirajla buraxılıb. Moskvada 1984-cü ilin mayında keçirilən gənc yazıçıların 8-ci Ümumittifaq müşavirəsində olmuş, Azərbaycan Yazıçılar İttifaqının bir sıra ədəbi tədbirlərinin təşkilati hazırlığında və keçirilməsində bilavasitə iştirak edib. Xarici və rus mətbuatında müntəzəm çıxış edir.
Xidmətlərinə görə H.Zərdabi adına mükafata layiq görülüb, “Şöhrət” ordeni ilə təltif edilib.  2005 və 2010-cu illərdə -ci ildə Azərbaycan Milli Məclisinin üzvü seçilib.

Elmira Axundova millət vəkili istər seçicilərinə göstərdiyi diqqətə, istər qanunvericilik təşəbbüslərinin irəli sürülməsindəki aktivliyinə, istərsə də ictimai fəallığına görə, bir çox həmkarları üçün sayıla biləcək deputatlardandır.

Eyni zamanda Elmira Axundovanın Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitabları Ulu öndərin irsinin öyrənilməsi işində çox dəyərli vəsait kimi aktuallığını həmişə saxlayır.

Milli Məclisə həm də jurnalistikadan gələn Elmira Axundova eyni zamanda qələm əhlinə ən yaxın millət vəkillərindən biri kimi də fərqlənir.

 

- Arxiv Xəbəri -

İlginizi Çeker mi ? : O Zaman Şunu da Ekle : Satılık Toyota başlıklı konuda Satılık, Şunu ve Toyota hakkında bilgiler verilmektedir.

FacebookTwitterEmailShare

Etiketler : , ,

  • 5 sınıf ondalık kesirlerle toplama ve çıkarma
  • Sabah 6'da mesai'de yeni gelişme
  • İçli Pirinç Köftesi
  • bilgisayarın avantajları ve dezavantajları
  • Pkk Ya Karşı İran İle Ortak Operasyon Var Mı

  • Bu Yazıyı Oylayın : Değerlendirmeniz => Beğenmedim : 10 üzerinden 1Değerlendirmeniz => Beğenmedim : 10 üzerinden 2Değerlendirmeniz => Beğenmedim : 10 üzerinden 3Değerlendirmeniz => Ortalama : 10 üzerinden 4Değerlendirmeniz => Ortalama : 10 üzerinden 5Değerlendirmeniz => Ortalama : 10 üzerinden 6Değerlendirmeniz => Beğendim : 10 üzerinden 7Değerlendirmeniz => Beğendim : 10 üzerinden 8Değerlendirmeniz => Çok Beğendim : 10 üzerinden 9Değerlendirmeniz => Çok Beğendim : 10 üzerinden 10

    (Bu yazı henüz kimse tarafından oylanmamış. İlk siz değerlendireceksiniz. Oyunuzu yıldızların üzerine tıklayarak kullanabilirsiniz. Değerlendirme sağa gittikçe olumlu yönde artar.)
    Loading ... Loading ...

    Yorum Yazın

    Üyelik gerektirmez. Anonim yorum yapabilirsiniz.

    :D :-) :( :o 8O :? 8) :lol: :x :P :oops: :cry: :evil: :twisted: :roll: :wink: :!: :?: :idea: :arrow: :| :mrgreen:

    YORUMUNUZ ONAYLANDIKTAN SONRA YAYINLANACAKTIR !
    *