İtkin düşənlərin sayı isə məlum deyil
Filippindən keçən “Vaşi” tropik qasırğasının səbəb olduğu təbii fəlakət nəticəsində ölənlərin sayı 1002-yə çatıb. Mülki Müdafiə İdarəsinin məlumatına görə, ölənlərin 650-si Kaqayan-de-Oro şəhərinin, 283-ü isə İliqan şəhərinin sakinləridir. Ölənlərin kütləvi dəfninə hazırlıq gedir. İtkin düşənlərin sayı isə dəqiq məlum deyil.
Daşqın və torpaq sürüşməsi nəticəsində 338 mindən çox adam zərər çəkib. Onlardan 45 mini hələ də evakuasiya mərkəzlərində yaşayır. “Vaşi” qasırğası nəticəsində 10 mindən çox evə, çox sayda məktəbə, yol və körpülərə ciddi ziyan dəyib.
YUNİSEF Filippində təbii fəlakətdən zərərçəkənlərə 4,2 milyon dollar həcmində yardım edilməsinə çağırıb
- Arxiv Xəbəri -
İlginizi Çeker mi ? : O Zaman Şunu da Ekle : Satılık Toyota başlıklı konuda Satılık, Şunu ve Toyota hakkında bilgiler verilmektedir.
Etiketler : Filippind, ötdü, qurbanlarının, sayı


