Yaponiya mütəxəssisləri bu müddət üçün tədbirlər planını təsdiqləyib
Yaponiya hökuməti və TEPСO şirkəti “Fukusima-1″ atom-elektrik stansiyasında qəzanın nəticələrinin aradan qaldırılması üzrə 40 illik tədbirlər planını təsdiqləyib. «Yol xəritəsi»ni Yaponiyanın sənaye nazirliyi, nüvə energetikası məsələləri üzrə hökumət komissiyası və stansiyanın operatorluğunu edən TEPСO şirkətinin mütəxəssisləri hazırlayıb.
Bu plana əsasən, yaxın 2 il ərzində “Fukusima-1″ AES-in 4 reaktorunun hamısından işlənmiş yanacaq borularının çıxarılmasına başlanılacaq. Növbəti 10 il ərzində reaktorların daxilinə çökmüş ərimiş yanacağın çıxarılmasına başlanılacaq və bu proses 20-25 il çəkəcək. Stansiyanın tamamilə sökülməsinə isə 30 ildən 40 ilədək vaxt lazım olacaq.
Qeyd edək ki, dekabrın 16-da “Fukusima-1″ atom-elektrik stansiyasının 1-ci, 2-ci və 3-cü reaktorlarının soyudularaq dayandırılması prosesi başa çatmışdı. Martın 11-də baş vermiş zəlzələ və sunami nəticəsində Yaponiyanın 8 prefekturasına ziyan dəyib. Zərəçəkmiş şəhərlərin əksəriyyəti, yəni 40 şəhər və qəsəbə məhz Fukusima prefekturasında yerləşir. Radiasiya şüalanmasına məruz qalmış prefekturaların hər biri üçün ayrılıqda bərpa planı hazırlanıb və onların icrasına 2012-ci ilin yanvarında başlanacaq.
Xatırladaq ki, Yaponiyada martın 11-də baş vermiş güclü zəlzələ və sunami nəticəsində 1580 nəfər ölmüş, 5900-dən çox adam xəsarət almışdı. İtkin düşənlər siyahısında isə 4040 nəfər var
- Arxiv Xəbəri -
İlginizi Çeker mi ? : O Zaman Şunu da Ekle : Satılık Toyota başlıklı konuda Satılık, Şunu ve Toyota hakkında bilgiler verilmektedir.
Etiketler : , , rpası


