Sənəddə Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çağırılır

“ABŞ Konqresi Obama Administrasiyasını Ermənistan və Azərbaycana göstərilən hərbi yardımda bərabərliyi gözləməyə çağırır”. Nümayəndələr Palatası və Senatda 2012-ci maliyyə ili üçün təsdiq olunan təxsisatlar layihəsində belə deyilir.

1200 səhifəlik sənəddə Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çağırılır.

“Biz bütün tərəfləri zorakılıq təhdidlərindən çəkinməyə, tərəflər arasında dialoq və etimad yaradan səyləri dəstəkləməyə çağırırıq. Bu, regional təhlükəsizlik və “xalqdan xalqa” proqramları üçün lazımdır”, – deyə layihədə bildirilir.

Layihə Nümayəndələr Palatası və Senatda təsdiq olunduqdan sonra etimad yaratmaq və Dağlıq Qarabağ da daxil olmaqla, bütün münaqişələri sülh yolu ilə həll etmək üçün Cənubi Qafqaz regionuna ayrılan maliyyə resurslarından istifadə etməyə imkan verir.

Qeyd edək ki, ABŞ 2012-ci maliyyə ilində Avropa, Avrasiya və Mərkəzi Asiya ölkələrinə 626.7 milyon dollar yardım ayırıb.

Bu, 2011-ci ildə ayrılan vəsaitdən 69 milyon dollar azdır.

- Arxiv Xəbəri -

İlginizi Çeker mi ? : O Zaman Şunu da Ekle : Satılık Toyota başlıklı konuda Satılık, Şunu ve Toyota hakkında bilgiler verilmektedir.

FacebookTwitterEmailShare

Etiketler : , , , , , , ,

  • Ali Kaptan kasap oldu
  • ormanla ilgili şiir
  • Allah 'ın Adıyla Hayvan Kesmek
  • Kandil'deki köyler boşaltılıyor
  • Önce taş at sonra yardım iste

  • Bu Yazıyı Oylayın : Değerlendirmeniz => Beğenmedim : 10 üzerinden 1Değerlendirmeniz => Beğenmedim : 10 üzerinden 2Değerlendirmeniz => Beğenmedim : 10 üzerinden 3Değerlendirmeniz => Ortalama : 10 üzerinden 4Değerlendirmeniz => Ortalama : 10 üzerinden 5Değerlendirmeniz => Ortalama : 10 üzerinden 6Değerlendirmeniz => Beğendim : 10 üzerinden 7Değerlendirmeniz => Beğendim : 10 üzerinden 8Değerlendirmeniz => Çok Beğendim : 10 üzerinden 9Değerlendirmeniz => Çok Beğendim : 10 üzerinden 10

    (Bu yazı henüz kimse tarafından oylanmamış. İlk siz değerlendireceksiniz. Oyunuzu yıldızların üzerine tıklayarak kullanabilirsiniz. Değerlendirme sağa gittikçe olumlu yönde artar.)
    Loading ... Loading ...

    Yorum Yazın

    Üyelik gerektirmez. Anonim yorum yapabilirsiniz.

    :D :-) :( :o 8O :? 8) :lol: :x :P :oops: :cry: :evil: :twisted: :roll: :wink: :!: :?: :idea: :arrow: :| :mrgreen:

    YORUMUNUZ ONAYLANDIKTAN SONRA YAYINLANACAKTIR !
    *